“Ramizdən sonra növbə onlara gələcək” - Xalq artisti kimi işarə etdi?

09:22 - 18 Oktyabr 2025

“Ramizdən sonra növbə onlara gələcək” - Xalq artisti kimi işarə etdi?

“Nəhayət ki, Ramiz Mehdiyev artıq cəzasını alacaq”.

 

Bu sözləri Xalq artisti, Prezident təqaüdçüsü, Rejissorlar Gildiyasının vitse-prezidenti, rejissor-ssenarist Şeyx Əbdül Mahmudbəyov Manset.az-a açıqlamasında deyib.

Xalq artisti qeyd edib ki, Ramiz Mehdiyev hakimiyyətdə olanda 2000-ci ildə “İrsimiz” verilişinin yayımını dayandırmışdı:

"Bu veriliş Azərbaycanın tarixindən, milli-mənəvi dəyərlərindən söhbət edirdi. O cümlədən də, tarixi erməni yalanları, qan yaddaşımız da əsas mövzulardan biri idi. Amma Ramiz Mehdiyev verilişin fəaliyyətini dayandırdı. Səbəb kimi isə bildirildi ki, guya biz erməniləri təhqir edirik, milli qarşıdurma yaradırıq, ermənilərə qarşı hörmətsizlik edirik və s. Mən bu verilişdə Azərbaycanın tarixi, mədəniyyəti, kulinariyası və s. bütün nüansları açıb deyirdim. Ermənilərin bizim mədəniyyətimizi necə oğurlamaq istədiklərini ortaya qoyurdum, amma “Ramiz Mehdiyevlər” buna imkan vermirdi. Bu səbəbdən də mənim verilişimi dayandırdı. Onun səpdiyi toxumlar hələ yüz illərlə göyərəcək və bizə problem yaradacaq. Bizdən olmayanlar, onun vəzifəyə gətirdikləri, 5-ci, 10-cu kalonlar hələ çox işlər görəcəklər. Mən bilirdim ki Cənab Prezident bu məsələyə mütləq toxunacaq. Çünki prezident beynəlxalq səviyyədə lazım olan ideologioyanı Azərbaycan dövlətçiliyi üçün qurub yaratdı və dünyanın bir nömrəli ideoloji şəxsiyyətlərindən biri oldu. İndi isə daxildən təmizlik üçün Ramiz Mehdiyevdən başlayıblar, amma çox ciddi şəkildə onun qol budağını da təmizləmək lazımdır. Bu, xərçəng xəstəliyi kimi ölkədə kök atıb. Amma bu məsələdə də ehtiyyatlı olmaq lazımdır. Gərək qurunun oduna yaş da yanmasın”.

Xalq artisti fikirlərinə bunları da əlavə edib:

“Ramiz Mehdiyevin yaratdığı klan bizim elmimizi, mədəniyyətimizi məhv edir. Öz də planlı şəkildə. Ölkədəki bütün narazılıqları yaradan onlardır. Bu gün də hakimiyyətin əsas strukturlarında təmsil olunanlar Ramiz Mehdiyevin “agentləridir”. Bunlarla bağlı da təmizlik aparılmalıdır, amma yenə də deyirəm. Ramiz Mehdiyev erası, əslində, 20 il bundan əvvəl tükənməli idi. Onun etdiyi xəyanətlərin qabağında Azərbaycan xalqı və Cənab Prezident İlham Əliyevin şəxsi iradəsi, bilgisi, intellekti, yüksək diplomatik qabiliyyəti dayandı. Daxili xəyanətlər də beləcə həll olacaq. Nəhayət, gün doğur, amma gün pak və işıqlı doğmalıdır. Qurumlarımızda da normal insanlar var, amma onlara Azərbaycan xalqına düzgün formada xidmət etməyə icazə verilmir”.

 

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az