İnformatika dərsləri kağız üzərində - Nazirlik hələ də problemi həll etmir

15:47 - 24 Oktyabr 2025

İnformatika dərsləri kağız üzərində - Nazirlik hələ də problemi həll etmir

İllər boyu informatika fənninin tədrisi Azərbaycan məktəblərinin “yaralı” mövzularından biri olub. Hazırda texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə hələ də bu problem aktual olaraq qalır. Ümumitəhsil məktəblərində informatika fənni tədrisində sadəcə nəzəri biliklərin öyrədilməsi ilə kifayətlənilir. Hər il milyonlarla vəsait ayrılmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi hələ də bu problemin həllinə nail ola bilməyib.


Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Manset.az-a açıqlamasında bildirib ki, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində kompüterlə təminat tam formada həyata keçirilməsə, onların əldə etdikləri informatika bilikləri yarımçıq qala bilər.


“Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində demək olar ki, birinci sinifdən 11-ci sinifə qədər informatika fənni tədris olunur. Hazırda praktiki biliklərin şagirdlərə aşılanması istiqamətində də işlər görülür. Bu istiqamətdə həm STEAM-lə bağlı bilik və bacarıqlar öyrədilir, eyni zamanda informatika üzrə yarışmalar keçirilir. Düzdür, bir sıra məktəblərdə kompüterlə təminat tam olmadığına görə, müəyyən sıxıntılar var. Ümid edirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlərin kompüterlə təminatı daha da yaxşılaşdırılar. Bununla da təkcə nəzəri hissə deyil, həm də praktik hissə daha dərindən öyrədilə bilər”.

Ekspert qeyd edib ki, xarici təcrübədə bu fənnin tədris proqramında praktiki biliklərə daha ön planda tutulur:

“Xarici ölkələrdə fənnin tədrisi ilə paralel tədris olunan mövzuya uyğun bilik və bacarıqların yoxlanılması üçün praktiki biliklər də yoxlanılır. Məsələn, kodlaşdırma, SQL və s. mövzular həm əyani, həm də praktiki şəkildə şagirdlərə öyrədilir. Hazırda ölkə məktəblərində şagirlərin və kompüterlərin say nisbətini müqayisə etsək, görə bilərik ki, 4-5 şagirdə 1 kompüter düşür. Bununla bağlı vəziyyət xüsusilə də bölgələrdəki məktəblərdə daha acınacaqlıdır”.

 

Manşet.az 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az