“Gün ərzində Bakı Karqo Terminalı Logistika Mərkəzi Gömrük postuna 100 tona yaxın idxal, 5–10 ton ixrac və təxminən 600 ton tranzit yük daxil olur”.
Manset.az xəbər verir ki, bunu postun rəisi Rövşən Mahmudzadə bildirib.
Onun sözlərinə görə, daxil olan yüklər mərhələli şəkildə qeydiyyata alınır, risk əsaslı gömrük yoxlamasından keçir və digər prosedurlara cəlb edilir. İdxalın əsas hissəsi isə ABŞ, Avropa, Çin və BƏƏ istiqamətlərindən həyata keçirilir.
Fidan Vəlisoy