Bu rayonda qarın hündürlüyü 1,5 metri keçdi - FOTOLAR

11:10 - 20 Yanvar 2026

Bu rayonda qarın hündürlüyü 1,5 metri keçdi - FOTOLAR

Lerik rayonunda qarın hündürlüyü 1,5 metri keçib


Manset.az-ın əldə etdiyi məlumata görə, qarın ən çox yağdığı kəndlərdən biri Loda kəndidir. Burada qarın hündürlüyü 1,5 metri keçib. Dağlıq ərazidə yerləşən kəndə gediş-gəliş çətinləşib.

Lerik Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, “Rayonumuzun bir çox dağlıq kəndlərində qarın hündürlüyü bir metri ötüb. Elə kəndlər var ki, orada qarın hündürlüyü 1,5 metri keçib. Əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq”. Hazırda qarın yağması davam edir.

Qeyd edək ki, yuxarıda adıçəkilən Lerik rayonunun Loda kəndində qaz təchizatı yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az