Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi - FOTO

10:50 - 24 Fevral 2026

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi - FOTO

Qida Təhlükəsizliyi Agentliyində növbəti kadr təyinatı baş tutub.


Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Samir Mehralıyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri vəzifəsinə təyin edilib.

O, son təyinatdan əvvəl Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərib və bir sıra digər dövlət qurumlarında da çalışıb. S.Mehralıyev əvvəllər Sabunçu Gənclər Evində direktor vəzifəsində çalışıb, həmçinin Gənclər və İdman Nazirliyində fəaliyyət göstərib.

Qeyd edək ki, Samir Mehralıyev Əməkdar jurnalist, məşhur "Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızının bacısı oğludur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az