Tanınmış jurnalistin həyat yoldaşı məktəb direktoru təyin olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, jurnalist, qazi, Vətəninfo.az informasiya saytının baş redaktoru Nahid Canbaxışlının həyat yoldaşı Elnarə Tofiq qızı Canbaxışlı müvafiq əmrlə Bakı şəhəri Ramiz Qasımov adına 216 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru təyin edilib.
E.Canbaxışlı bundan əvvəl də uzun illər təhsil sahəsində çalışıb.
Qeyd edək ki, dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumtəhsil məktəblərinə direktorlar təyin edilib.
Manşet.az