Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada Sakuracima vulkanında püskürmə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda Sakurajima vulkanının püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini bildirib.
Partlayışdan sonra ölən və yaralananların olmadığı, ətrafdakı binalarda dağıntının aşkar edilmədiyi paylaşılıb.
Kaqoşima Meteorologiya İdarəsi də açıqlamasında vulkanik aktivlik xəbərdarlığı səviyyəsinin 3-cü səviyyədə saxlandığını açıqlayıb. Həmçinin, "ictimaiyyətin vulkana yaxınlaşmaması"nı tövsiyə edib.
Qeyd edək ki, Sakuracima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri əhalinin kraterə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir.
Əfsanə Rəcəb
Manşet.az