Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü

18:40 - 15 Oktyabr 2021

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında görüş keçirilib.

Manşet.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumatda bildirilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Bölgədə təhlükəsizliyə olan təhdidlərə də diqqət yönəldilib və bu sahədə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub.

Görüşdə Gürcüstanın Baş prokuroru İrakli Şotadze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az