Məktəb direktoru əxlaqsız çıxdı - 13 yaşlı şagirdi zorlayıbmış - FOTO

16:45 - 24 Oktyabr 2021

Məktəb direktoru əxlaqsız çıxdı - 13 yaşlı şagirdi zorlayıbmış - FOTO

 

Fransa futbolunun əfsanələrindən sayılan Patris Evra illər sonra başına gəlmiş dəhşətli hadisədən danışıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, futbolçu futbola ilk başladığı illərdə - 13 yaşında məktəb direktoru tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb.

Yaxın vaxtlara qədər utandığı üçün hətta anasına belə heç nə danışmadığını bildirən Evra indi digər uşaqların da onun kimi hiss etməməsi üçün bu cür addım atdığını qeyd edib:

"Uşaqların özlərini günahlandırmadığına və cəsarətli olduqlarına əmin olmaq istəyirəm. Çünki mən hər zaman özümü günahlandırdım. İllərlə özümü qorxaq kimi hiss etdiyimi söyləməkdən çəkinmirəm. Heç vaxt səsimi çıxara bilmədim. Sinəmdə ağır bir şey vardı. Ancaq bunu özüm üçün etmirəm, başqa uşaqlar üçün edirəm".

Patris Evra məktəb müdiri tərəfindən başına gətirilənlərə müqavimət göstərməyə çalışdığını, ancaq fayda etmədiyini söyləyib:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az