Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlı yayımlandı

22:10 - 26 Oktyabr 2021

Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlı yayımlandı

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatla etdikləri çıxış qardaş ölkənin aparıcı telekanalları və xəbər agentlikləri tərəfindən canlı yayımla təqdim olunub.

Manşet.az xəbər xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “A Haber” telekanalları canlı yayım ərəfəsində və mərasim başa çatandan sonra liderlərin çıxışlarından mühüm məqamları ayrı-ayrı sərlövhələrlə ictimaiyyətə çatdırıblar.

Ümumiyyətlə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri Türkiyə kütləvi informasiya vasitələrinin baş xəbəri olaraq qalmaqdadır. Aparıcı telekanallar rəsmi məlumatları təqdim etməklə bərabər, tanınmış ekspertlərin iştirakı ilə səfərin strateji mahiyyətini və tarixi əhəmiyyətini təhlil edirlər.

 

Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlıyayımlanıb

Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlıyayımlanıb

Prezidentlərin Zəngilan çıxışı Türkiyə telekanallarında canlıyayımlanıb

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az