DİQQƏT! Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

17:19 - 16 İyul 2024

DİQQƏT! Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 17 iyul saat 12:30-dan 14:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 


Manset.az-ın məlumatına görə, yol bağlanmayacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az