Sabunçuda bir nəfər dərinliyi 25 metr olan su quyusuna Düşdü

19:06 - 03 Noyabr 2021

Sabunçuda bir nəfər dərinliyi 25 metr olan su quyusuna Düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Manşet.az xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 25 m olan quyuya düşüb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər. Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az