Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan oktyabrda Cenevrədə görüşəcəklər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (Pİ) mətbuat katibi Tomas Fitsimons danışıb.
“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində üçüncü dəfə keçiriləcək”.
Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb.
Xatırladaq ki, tərəflər arasında sonuncu görüş mayın 16-da Cenevrədə baş tutub.