“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.
“Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
14:26 - 25 Avqust 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
13 Sentyabr 2026 - 23:25
Paytaxt ərazisində AĞIR QƏZA - FOTOLAR
13 Sentyabr 2026 - 20:11
Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO
13 Sentyabr 2026 - 20:42
Xuraman Şuşalını aldatdılar - FOTO
13 Sentyabr 2026 - 23:15
Bərdədə 2 yaşlı uşaq hovuzda boğuldu
13 Sentyabr 2026 - 22:15
Paytaxtın bu ərazilərində işıq olmayacaq
14 Sentyabr 2026 - 00:30
Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
14 Sentyabr 2026 - 01:00
Çörəyin ən zərərli növü açıqlandı
13 Sentyabr 2026 - 19:22
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
13 Sentyabr 2026 - 19:40
Ebola epidemiyasına yoluxanların sayı 7 mini keçdi
14 Sentyabr 2026 - 10:13
Tarixə düşəcək dəhşətli istilər – Beləsi olmayıb
13 Sentyabr 2026 - 20:00
İspaniya Qran Prisinin də qalibi o oldu
14 Sentyabr 2026 - 11:30
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Xəbər xətti
- 14 Sentyabr 2026
- 19:12 Lənkəranda 3 yaşlı uşaq binadan yıxıldı
- 18:47 İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
- 18:41 "Kurtlar Vadisi"nin ssenaristləri ifadə verdilər
- 18:32 Xəstəxanada qorxunc gerçəklə qarşılaşdı - Ürəyində iynə tapıldı
- 18:29 Hazırda 14 yolda tıxac var - SİYAHI
- 18:25 Süni intellekt şirkətlərinin səhmləri kəskin ucuzlaşdı
- 18:16 Etna vulkanı püskürdü - Hava limanı bağlandı
- 18:11 DTX-nin saxladığı "Çevik" ləqəbli Məqsəd Bağırov həbs edildi
- 18:10 Husilər Səudiyyə Ərəbistanı hədəfə aldı
- 18:06 Aİ-dən süni intellekt şirkətlərinə XƏBƏRDARLIQ
- 18:00 Netflix məşhur oyunu filmə çevirəcək
- 17:59 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
- 17:54 2 avtobus 1 avtomobil toqquşdu - 21 nəfər öldü
- 17:51 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
- 17:45 Müəllimlərin ikinci sertifikasiya imtahanı nə vaxt keçiriləcək?
- 17:38 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
- 17:30 "Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq" - Nazir
- 17:23 Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü
- 17:15 Ramiz Mehdiyevin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ
- 17:07 44 min müəllim süni intellektdən istifadə edəcək
- 16:58 Avropada 15 yaşadək uşaqlara sosial media məhdudlaşdırılsın – Makron
- 16:50 Xəyalət “ustası”, ulduzu sönmüş Davidin müraciət şousu – Kazımbala, ölkəyə gəl, 9-cu zona ağlayır sənin üçün!
- 16:47 ABŞ və Səudiyyə Ərəbistanı arasında kritik görüş
- 16:45 AZAL-ın alt qurumunda yeni TƏYİNAT
- 16:38 TuranBank beynəlxalq mükafata layiq görüldü
- 16:30 Məktəblərdə dərs saatları dəyişdiriləcək? – Nazirdən cavab
- 16:21 ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir - VİDEO
- 16:13 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri maşın vurdu - ANBAAN VİDEO
- 16:05 Müəllimlik ixtisaslarına qəbul azalıb, ballar artırılacaq - Emin Əmrullayev
- 15:53 “Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı qaydalar açıqlanacaq” - Nazir
- 15:44 Bu ölkə də Fransanın "nüvə çətiri"nə qoşulur
- 15:37 Bu müəllimlərin maaşı artacaq - Emin Əmrullayev açıqladı
- 15:25 Özəl təyyarə uçuş-enmə zolağından çıxaraq yandı
- 15:24 Bakı Olimpiya Stadionuna yeni mətbuat katibi təyin olundu
- 15:19 TikTok Azərbaycanda süni intellektlə bağlı yeni təşəbbüsə başlayır
- 15:17 "Türkiyə ilə münasibətlərimiz istənilən səviyyədədir" - İran
- 15:12 Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq
- 15:04 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA
- 14:53 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü
- 14:45 Azərbaycan nümayəndə heyəti “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış oldu - FOTOLAR
- 14:34 Hakan Fidan sabah Azərbaycana səfər edəcək
- 14:25 Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR
- 14:17 Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
- 14:09 “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə etdilər
- 14:03 Joze Mourinyodan Arda Gülər barədə tərif - “İnanılmazdır”
- 13:58 İnsanlığın gələcəyi təhlükə altında ola bilər - Süni intellektlə bağlı xəbərdarlıq
- 13:54 25 il iş stajı olmayanlar necə pensiya alacaq?
- 13:53 Almaniyadan Rusiyaya uzaqmənzilli raket mesajı
- 13:45 Səudiyyə Ərəbistanı İsraildən husilərə qarşı yardım istədi
- 13:36 Bakı məktəblərinə gedəcək şagirdlərin sayı AÇIQLANDI
- 13:28 Sürücü sükan arxasında öldü