Bakıda icra başçısı müavinini vəzifədən azad etdi

10:00 - 29 Yanvar 2026

Bakıda icra başçısı müavinini vəzifədən azad etdi
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.



Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az