Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsinə layiq görülüb.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni alıb.
2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
Həmin ilin fevralın 3-də Prezidentin müvafiq sərəncamı ilə ona "gömrük xidməti general-leytenantı" rütbəsi verilib.
2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən azad edilib.
18 iyul 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda, ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
14 fevral 2023-cü ildə DGK-nın sədri vəzifəsinə təyin edilib.