Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
***
17:20
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur.
Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korruspiayaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.