Mətbuat katibinə “Tərəqqi” medalı verildi

16:40 - 12 Fevral 2026

Mətbuat katibinə “Tərəqqi” medalı verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu və mülki işçisi təltif edilib.


Manset.az xəbər verir ki, təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov da var.

O, “Tərəqqi” medalına layiq görülüb

Qeyd edək ki, Pərviz Sədrəddinov 2023-cü ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırkı vəzifəsinə təyin olunub.

Daha əvvəllər "Kapital Bank"ın mətbuat katibi işləyib. Ondan öncə isə "DəmirBank"da Reklam və PR üzrə baş mütəxəssis, "Expressbank"da mətbuat katibi vəzifəsində çalışıv. O, 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az