Onlar Kəmaləddin Heydərova müavin gətirildi - İşdən çıxarılanların yerinə

11:00 - 16 Fevral 2026

Onlar Kəmaləddin Heydərova müavin gətirildi - İşdən çıxarılanların yerinə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni müavinlər buraya əlavə edilməyib.

Xatırladaq ki, Manset.az xəbər portalı iki gün əvvəl K.Heydərovun üç müavini - general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı özəl məlumat yayımlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az