TRIPP layihəsinin həyata keçirilməsinə rəsmi olaraq bazar ertəsi start veriləcək.
Manset.az APA-ya istinadən xəbər ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bildirib.
“Məlum oldu ki, sabah bazar günüdür. TRIPP layihəsinin icrasına rəsmi olaraq bazar ertəsi start veriləcək”, – deyə Paşinyan yazıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri daha əvvəl layihə üzrə işlərə noyabrın 22-də başlanılacağını açıqlamışdı.