İlham Əliyev bu şəxslərin MAAŞINI ARTIRDI

19:08 - 07 Fevral 2022

İlham Əliyev bu şəxslərin MAAŞINI ARTIRDI

Prezident İlham Əliyev Azərbaycan prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında fərman imzalayıb.

Manşet.az xəbər verir ki, sənədə əsasən, prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hərbi Prokurorluq və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az