Ceyhun Bayramov Aİ komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ETDİ

23:56 - 19 İyul 2022

Ceyhun Bayramov Aİ komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ETDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Manşet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi “Twitter” hesabında yazıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub.

“Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub”, - Aİ rəsmisi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az