Ceyhun Bayramov Edqars Rinkeviçslə DANIŞDI

18:47 - 20 İyul 2022

Ceyhun Bayramov Edqars Rinkeviçslə DANIŞDI

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

Manşet.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nazirlər, Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər. 

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az