Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqıstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib.
Manşet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı bildirilib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanındadır.
Öz növbəsində Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.