Rusiya ŞOKDA - Agentlər döyüş təyyarələrini qaçırmağa çalışdı

15:58 - 25 İyul 2022

Rusiya ŞOKDA - Agentlər döyüş təyyarələrini qaçırmağa çalışdı

Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya döyüş təyyarələrinin Ukrayna Hərbi Kəşfiyyatı tərəfindən qaçırılmağa cəhd edildiyini iddia edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “FSB”nin bəyanatında belə deyilir:

“Ölkələrinin siyasi rəhbərliyi adından çıxış edən Ukrayna hərbi kəşfiyyatçıları pul və Aİ vətəndaşlığı vədləri ilə Rusiya hərbi pilotlarını Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava limanlarına uçmağa razı salmağa çalışıblar. Federal Təhlükəsizlik Xidməti NATO xüsusi xidmət orqanlarının nəzarətində olan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya Aviasiya Qüvvələrinə məxsus döyüş təyyarələrinin qaçırılması üzrə həyata keçirdiyi əməliyyatı aşkar edib və dayandırıb”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az