Ermənistan Qarabağdakı hərbçilərini belə çıxardır - RƏSMİ AÇIQLAMA(FOTO)

15:40 - 03 Avqust 2022

Ermənistan Qarabağdakı hərbçilərini belə çıxardır - RƏSMİ AÇIQLAMA(FOTO)

Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmətə göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər.

 

Manset.az haqqin.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

Abramyanın sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib.

“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupunun 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib.”, - deyə deputat yazıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az