XİN Blinkenin iştirakı ilə Ceyhun Bayramov və Mirzoyanın Vaşinqtonda görüşəcəyini təsdiqlədi- YENİLƏNDİ

19:08 - 03 Noyabr 2022

XİN Blinkenin iştirakı ilə Ceyhun Bayramov və Mirzoyanın Vaşinqtonda görüşəcəyini təsdiqlədi- YENİLƏNDİ

Bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

 

***

 

“Yaxın zamanlarda Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN rəhbələri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək”.

Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ararat Mirzoyan açıqlayıb.

Mirzoyan dəqiq tarix açıqlamasa da, görüşün bir neçə gündən sonra baş tutacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az