Azərbaycanın sülhməramlı bölməsi Əfqanıstanda xidməti vəzifələrini davam etdirir - MN

22:49 - 15 Avqust 2021

Azərbaycanın sülhməramlı bölməsi Əfqanıstanda xidməti vəzifələrini davam etdirir - MN

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir"-deyə, məlumatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az