"Azərbaycanla sülh müqaviləsinin bağlanmasının bir neçə variantı var" - Nə istənilir?

02:23 - 12 Noyabr 2022

\"Azərbaycanla sülh müqaviləsinin bağlanmasının bir neçə variantı var\" - Nə istənilir?

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.

 

Manset.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:

“Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar. Azərbaycanın bu yolla getməsi məqbuldursa, o zaman problem həll oluna bilər”.

“Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - deyə o bildirib.

Paşinyan əlavə edib ki, İrəvan sülh müqaviləsinin mətni ilə bağlı təklifləri Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az