Separatçılar Ağdərədə PUA emalatxanası AÇDI

23:47 - 13 Noyabr 2022

Separatçılar Ağdərədə PUA emalatxanası AÇDI

Ermənilər Ağdərədə “Armat havada” adlı PUA emalatxanası açıb.

 

Manset.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqram kanalda yazıb.

“Dünən Mardakertdə (Ağdərə) Qarabağda ikinci, ümumilikdə isə “Armat” kimi sayca 24-cü olan “Armat havada” PUA emalatxanası açılıb. Layihənin həyata keçirilməsini Mardakertlə “qardaşlaşmış” Fransanın Sarsel işəhərinin erməni icması maliyyələşdirib.

Bu gün isə Xankəndidə Qarabağ emalatxanalarının ilk “ARMAT” sərgisi baş tutub.

Mövcud Armatların fəaliyyətinin nəticələri nəzərəçarpacaq və ümidvericidir. Lakin bizim Qarabağda Armat və digər oxşar təhsil proqramlarının əlçatanlıq və effektivlik səviyyəsinin artırılması istiqamətində hələ çox uzun yolumuz var.

APPT-ə, Armat sponsorlarına və komanda liderlərinə mühüm töhfələrinə görə təşəkkür edirik”, -deyə Beqlaryan yazıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az