"Ermənistanın ziddiyyətli bəyanatları sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir"- Prezident

19:00 - 16 Noyabr 2022

\"Ermənistanın ziddiyyətli bəyanatları sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir\"- Prezident

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Bununla belə, dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az