Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

16:01 - 18 Noyabr 2022

Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Rusiyanın “Qazprom” şirkəti 2023-cü ilin mart ayına qədər yeni müqaviləyə əsasən, Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək.

 

Manset.az xəbər verir ki, “Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan və Rusiya qazın mövsümi tədarükü ilə bağlı razılığa gəliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az