Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu Azərbaycan xalqına başsağlığı verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərtoğruloğlu , "Can Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram. Hücum zamanı şəhid olan mühafizə müdirinə Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirəm” – deyib.
Manşet.az