Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Manset.az Qafqazinfo-ya stinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Yaranmış şəraitdə Azərbayacan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır” - X.XƏləfov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb.
“Çox təəssüf ki, bu qonşu ölkədən şəhid alırıq” - Xələfov əlavə edib.