Siyəzən rayonunda keçirilən "Açıq mikrofon" aksiyasında 10-dan çox müraciət ünvanlandı - VİDEO

21:17 - 31 Yanvar 2023

Siyəzən rayonunda keçirilən \"Açıq mikrofon\" aksiyasında 10-dan çox müraciət ünvanlandı - VİDEO

SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Siyəzən rayonu olub. İlk olaraq Xaçmaz RQİİ-nin rəisi Azər Abasov çıxış edərək aksiyanı açıq elan edib.

 


 
Manset.az xəbər verir ki, daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar. Birliyin operativ fəaliyyətini yüksək qiymətləndirən Arif Musayev fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Aksiyaya qatılan sahibkar Nəbi Hacıyev dövlət yoxlamasına göndərilmiş ona məxsus qaz sayğacının yenidən özünə verilməsini xahiş edib. "Açıq mikrofon" aksiyasında səslənən digər müraciətlər küçə qaz xəttinin çəkilməsi və yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Daha ətraflı video materialdan izləyə bilərsiniz: 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az