Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir - İlham Əliyev

16:10 - 01 Fevral 2023

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir - İlham Əliyev

Pezident İlham Əliyev Bakıda rəsmi təmaslarda olan Türkiyənin milli təhsil naziri Mahmud Özəri qəbul edib.

 

Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Kovid-19 virusu ilə əlaqədar videokonfrans vasitəsilə təşkil edilən qəbulda Mahmud Özər Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb, təşəkkürünü bildirən Əliyev Özərdən onun da salamlarını prezident Ərdoğana çatdırmağı xahiş edib.

Türkiyə ilə Azərbaycanın təhsil sahəsində əməkdaşlığında böyük uğurlar əldə etdiklərini deyən Prezident “Azərbaycan-Türkiyə ortaq universitetinin yaradılmasının böyük əhəmiyyəti var” – deyib.

Həmkarı Emin Əmrullayevlə əlaqələri daha da irəli aparmaq üçün səy göstərdiklərini bildirən Özər, " Türkiyə təhsil sistemindəki, xüsusən də peşə təhsili sahəsindəki təcrübəmizi və transformasiyamızı sizinlə bölüşməkdən çox məmnun olarıq. Təbii ki, qardaş ölkəmiz Azərbaycanın təhsil təcrübələrini eşitmək bizim üçün çox faydalı olacaq” - qiymətləndirməsini edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az