Zakir Həsənov Türkiyəyə getdi - YENİLƏNİB

00:33 - 02 Fevral 2023

Zakir Həsənov Türkiyəyə getdi - YENİLƏNİB

Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib

 

***19:32

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

 

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az