Avropa Parlamentində iki deputatın toxunulmazlığı götürüldü - SƏBƏB

21:03 - 02 Fevral 2023

Avropa Parlamentində iki deputatın toxunulmazlığı götürüldü - SƏBƏB

Avropa Parlamentində rüşvət qalmaqalında ittiham olunan belçikalı deputat Mark Tarabella və italiyalı deputat Andrea Kozzolino vəzifələrindən azad edilib.

 


 
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçika məhkəmə sistemi cümə axşamı iki deputatın toxunulmazlığının qaldırılması təklifini müzakirə edib.
 
Deputatlar Belçika hakimiyyətinin Qətər və Mərakeşdən rüşvət alma iddiaları ilə bağlı başlatdığı istintaq çərçivəsində mühakimə olunacaq.

Tarabella və Kozzolino isə rüşvət qalmaqalı ilə heç bir əlaqəsi olmadığını iddia edirlər.
 
Avropa Parlamentinin Sosial Demokratlar Qrupunun üzvü olan Tarabella və Kozzolino Avropa Parlamentinin Baş Assambleyasının tələbi ilə əvvəllər qrupdan xaric ediliblər.
 
Parlamentari Mark Tarabella digər deputatlarla birlikdə Kozzolinonun toxunulmazlığının qaldırılmasına səs verib.
 
Baş Assambleya Tarabella və Kozzolinonun toxunulmazlığının götürülməsini qəbul edib.
 
Tarabella bildirib ki, “Təmiz Əllər” əməliyyatı çərçivəsində saxlanılan Avropa Parlamentinin keçmiş üzvü Pier Antonio Panzeri Belçika məhkəmə sistemi ilə əməkdaşlıq edəcəyini bəyan edib.
 
İ.Panzerinin açıqlamasında bildirilir ki, Tarabella bir neçə dəfə "bir və ya bir neçə xarici ölkədən" 120-140 min avro arasında rüşvət alıb.Rüşvət qalmaqalında əsas şübhəlilərdən biri, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaili və onun müavini və sevgilisi Françesko Giorgi Panzeri ilə birlikdə hələ də həbsdədir.Təxminən 600 min avro nağd pulla tutulan yunan millət vəkili Kaili cinayət başında saxlandığı üçün deputat toxunulmazlığından yararlana bilməyib.Əməliyyat zamanı təxminən 1,5 milyon avro nağd pul ələ keçirilib.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az