Rusiya qoşunlarının olduğu üç ərazi vuruldu

22:45 - 15 Fevral 2023

Rusiya qoşunlarının olduğu üç ərazi vuruldu

Ukrayna ordusu Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatına görə, bir sutka ərzində raket qüvvələri və artilleriya bölmələri Rusiya komandanlıq məntəqəsini, Rusiya canlı qüvvəsinin cəmləşdiyi üç ərazini və iki silah-sursat anbarını vurub.

Eyni zamanda, qeyd olunub ki, ruslar Pokrovsk, Donetsk vilayəti və Xerson vilayətinin mülki infrastrukturuna 17 hava zərbəsi, eləcə də 28 reaktiv yaylım atəşi endiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az