Azərbaycan Ombudsmanının Ermənistanla bağlı illik hesabat hazırlaması təklif edilir

12:03 - 07 Mart 2023

Azərbaycan Ombudsmanının Ermənistanla bağlı illik hesabat hazırlaması təklif edilir

“Azərbaycan Ombudsman institutu Ermənistanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı ildə bir dəfə məruzə hazırlasa bu da işimizin xeyrinə olar. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı ölkələrdə belə təcrübə var”.

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ermənipərəst dairələr Azərbaycana hər zaman məhz bu istiqamətdə zərbə endirir:

“Ermənistandakı insan hüquq və azadlıqlarının hansı bərbad vəziyyətdə olması ilə bağlı Azərbaycan Ombudsman institutunun hazırladığı hesabat və bunun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması faydalı olar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az