ABŞ-nin Florida ştatındakı Everqleyds Milli Parkında dostları ilə qayığa minən balıqçının köpək balığının hücumuna məruz qaldığı anlar kameraya əks olunub.
Manset.az Haber Qlobal-a istinadən xəbər verir ki, qəfildən peyda olan köpək balığı balıqçını dişləyərək onu bulanıq suya çəkib.
Suya düşən balıqçının ağrıdan qışqırması eşidilib.
Yaralı balıqçı yaxınlıqdakı xəstəxanaya aparılmazdan əvvəl park mühafizəçiləri tərəfindən müalicə olunub.
Manşet.az