“Qisas-2” və üçtərəfli bəyanatın təhrifi - VİDEO

19:34 - 02 İyul 2023

“Qisas-2” və üçtərəfli bəyanatın təhrifi - VİDEO

Mayın 30-da Bratislavada keçirilən tədbir zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağda ölkəsinin silahlı qüvvələrinin hərbi qulluqçularının olmadığını bəyan edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas 2” əməliyyatı zamanı 5 terrorçu zərərsizləşdirilib və tezliklə Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Bu azmış kimi Nazirlik Azərbaycana həmin hərbçilərin cəsədlərini qaytarmaq xahişi ilə müraciət edib və tərəfimizdən humanz əlaməti olaraq erməni döyüşçülərin meyitləri ölkələrinə geri göndərilib.

“Əgər Ermənistan rəhbərliyi bütün dünyanı öz sülhsevərliyinə və Azərbaycan torpağında onlara məxsus həbçilərin olmamasına inanadırmağa çalışırsa, bəs ordumuzun Qarabağda məhv etdiyi terrorçular arasında Ermənistan MN-nin əsgərlərinin nə işi var?”, - videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az