“Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur”

18:48 - 05 İyul 2023

“Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur”

“Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi çərçivəsində liderlik nümayiş etdirib”.

 

Manset.az xəbər verir ki, bunu Nepalın xarici işlər naziri Narayan Prakaş Saud deyib.

O, Azərbaycanın beynəlxalq aləmdə mühüm yer tutduğunu və Nepalın bu ölkənin Bakıda səfirliyinin açılması üçün çalışdığını qeyd edib, həmçinin Azərbaycan hökumətini Nepalda səfirlik açmağa çağırıb.

“Nepal Qoşulmama Hərəkatının təsisçilərindən biridir. BMT Nizamnaməsinə əsaslanaraq və kiçik bir dövlət olaraq biz ölkələr arasında ortaq əməkdaşlığa inanırıq. Qoşulmama Hərəkatının özü belə kiçik ölkələr üçün çox sabit platformadır. Nepal neytrallığı və münaqişələrin danışıqlar çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”, - o vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az