Prokuror erməni diversantlara 12 il iş İSTƏDİ

18:49 - 06 İyul 2023

Prokuror erməni diversantlara 12 il iş İSTƏDİ

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər hökm elan etmək üçün müşavirəyə yollanıb.

Hökm sabah elan ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az