"Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar" - Prezident

16:06 - 07 İyul 2023

\"Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar\" - Prezident

Bu gün biz ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq, gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik.

 

Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.

“Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq”, - deyə Prezident əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az