Ermənilər "Laçın" postundan belə keçirlər - VİDEO

18:04 - 07 İyul 2023

Ermənilər \"Laçın\" postundan belə keçirlər - VİDEO

Bu gün Gorus-Xankəndi istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

 

Manset.az xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.

Eyni zamanda, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az