(KXDR)-in bu gün buraxdığı qitələrarası ballistik raket normal uçuş trayektoriyası ilə ABŞ-ın istənilən nöqtəsinə çata bilər.
Manset.az xəbər verir ki, Yaponiya telekanlı olan "NHK" ölkənin Müdafiə Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, ballistik raketin təxmini uçuş məsafəsi 15 min kilometr təşkil edə bilər. Böyük bucaq altında buraxıldığı üçün altı kilometr hündürlüyə qalxan raket min kilometr məsafə qət edərək Hokkaydo adasından 250 kilometr məsafədə Yapon dənizinə düşüb.
Ballistik raket 74 dəqiqə ərzində havada qalıb ki, bu da Şimali Koreya üçün rekord göstəricidir. Ötən ilin martında Pxenyanın buraxdığı raket 71 dəqiqə havada qalmışdı. Şimali Koreya 2017-ci ildən bəri 5,5 min kilometr və daha çox mənzilə malik 14 ballistik raketin sınağını keçirib. Onlardan yeddisi 2022-ci ildə, dördü isə bu il buraxılıb.