Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və daha da artacağını bildirib.
Manset.az CNN- ə istinadla bildirir ki, WMO-dan verilən açıqlamada Atlantik okeanının şimalında dəniz səthinin temperaturunda "görünməmiş artım" müşahidə edilib.
May, iyun və iyul aylarında dəniz səthinin istiliyinin rekord həddə çatdığı, son aylarda yaşanan temperatur qeydlərinin isə “El Nino” kimi tanınan hava şəraitinin təsiri ilə artacağı bildirilib.
(WMO) İqlim Monitorinqi başçısı Omar Baddour Atlantik okeanının şimalında gündəlik temperaturun iyun ayında normala nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib. O, həmçinin, Antarktidada dəniz buzunun səviyyəsinin keçən ay ən aşağı səviyyəyə çatdığını bildirib.
"El Nino" şərtlərinə görə 2023-cü ildən sonra ən isti ilin olacağını güman etdiyini bildirən Baddour gözləntilərə uyğun olaraq 2024-cü ildə temperaturda rekord qırmağın mümkün olduğunu ifadə edib.