Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin hərbi doktrinasının yeni variantının təsdiq edilməsi barədə fərman imzalayıb.
Manset.az "Anadolu Ajansı" na istinadla bildirir ki, xəbər verir ki, respublikanın yeni hərbi doktrinası ilk dəfə Təhlükəsizlik Şurasının iyunun 13-də keçirilən iclasında açıqlanıb.
Sənəd ilk növbədə Qırğızıstan Silahlı Qüvvələrinin qüvvətləndirilməsinə yönəldib. Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, yeni hərbi doktrina “dövlətin yeni sistemlə idarə edilməsi, dünyada və Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət” səbəbindən qəbul olunub.
Manşet.az