Özbəkistanda qalib prezidentin inauqurasiyasının tarixi açıqlandı

15:55 - 13 İyul 2023

Özbəkistanda qalib prezidentin inauqurasiyasının  tarixi açıqlandı

Özbəkistanda iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanan Şavkat Mirziyoyevin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub.

 

Manset.az  bildirir ki, bu barədə Özbəkistan Senatının (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.

“Parlamentin yuxarı və aşağı palatası hazırkı Prezident Şavkat Mirziyoyevin inauqurasiya mərasiminin iyulun 14-nə təyin olunması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az